Zamanov erməniyə qalib gəlib, erməniyə rəqib oldu

Sportarena.az      10 Oktyabr 2018, 13:58

Rusiyanın Anapa şəhərində yeniyetmə boksçular arasında Avropa birinciliyinə start verilib.

 

Sportarena.az xəbər verir ki, 31 ölkənin qatıldığı yarışın ilk günündə Azərbaycan millisinin 2 üzvü rinqə çıxıb. Boksçularımızdan Əli Zamanov (48 kq) Hayk Alaberkyanla (Ermənistan) üz-üzə gəlib. Döyüş təmsilçimizin aşkar üstünlüyü ilə keçib. Rəqibinə heç bir şans verməyən Zamanov ermənini 5:0 (29:28, 29:28, 29:28, 29:28, 29:28) hesabı ilə məğlub edib.İdmançımız 1/8 finalda Rusiyanı təmsil edən Eduard Voskanyanla qarşılaşacaq. Görüş bu gün baş tutacaq.

 

Zamanovdan fərqli, Zeynəb Rəhimovanın debütü uğurlu alınmayıb. 57 kq çəki dərəcəsində qüvvəsini sınayan həmyerlimiz ingiltərəli Saca Hikkiyə 0:5 (28:29, 27:30, 26:30, 27:30, 25:30) hesabı ilə məğlub olub. Yarışın ikinci günündə Zamanovla yanaşı, daha 5 boksçumuz qüvvəsini sınayacaq. Əzrək Bəbirov (54 kq) çexiyalı Dominik Stepaneklə, Turğay Mirzəyev (57 kq) serbiyalı Branko Zeremskiylə, Eldar Babayev (60 kq) belaruslu Yan Krukovskiylə, Elmir Novruzov (63 kq) şotlandiyalı Cey Delaneylə və Mehman Quliyev (70 kq) monteneqrolu Miloş Krasniçi ilə döyüşəcək.

 

Qeyd edək ki, Avropa birinciliyinə oktyabrın 16-da yekun vurulacaq.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin