Yığmamız DÇ-yə Türkiyə ilə birlikdə hazırlaşır

Sportarena.az      10 Oktyabr 2018, 15:58

Qadın güləşçilərdən ibarət yığmamız Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışını davam etdirir.

 

Sportarena.az xəbər verir ki, oktyabrın 20-dək davam edəcək hazırlıq prosesi Türkiyə millisi ilə birlikdə keçirilir. Baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudov heyətdə yer alan 9 güləşçi ilə bu həftə yüklənmə rejimində məşqləri davam etdirir. İdmançılarımız gündəlik iki məşqə çıxır. Gələn həftədən isə hazırlıq prosesi yüngülləşəcək və gündə bir məşq olacaq.

 

Qeyd edək ki, təlim-məşq toplanışı oktyabrın 20-dən 28-dək Macarıstanın paytaxtı Budapeştdə təşkil olunacaq dünya çempionatına hazırlıq xarakteri daşıyır. Qadınlar oktyabrın 22-25-i aralığında yarışacaq.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin