“Qarabağ”da akademiya heyəti ilə görüş - FOTO

17:45 10 Oktyabr 2018

Bu gün “Qarabağ”ın bazasında akademiya heyəti ilə görüş keçirilib.

 

Rekord.az xəbər verir ki, klubun direktoru Əmrah Çəlikəlin rəhbərliyi ilə baş tutan tədbirdə akademiyanın məşqçi, texniki-inzibati heyətiylə fikir mübadiləsi aparıb. Akademiyanın mövcud durumuyla bağlı danışan Əmrah Çəlikəl əsas məqsədlərinin Azərbaycan futboluna yeni futbolçular bəxş etmək və müvafiq yaş qruplarına üzrə milli komandalara çox sayda futbolçu vermək olduğunu bildirib. Aşağı yaş qrupları üzrə komandaların durumu müzakirə olunub və mövcud problemləri müəyyənləşdirilib.

 

Sonda direktor məşqçilərin fikirlərini dinləyib və onların suallarını cavablandırıb.

 


Xəbər xətti