İtaliya klubunda yeni baş məşqçi

20:42 10 Oktyabr 2018

İtaliyanın “Kyevo” klubuna yeni baş məşqçi təyin olunub.

 

Sportarena.az xəbər verir ki, A Seriyası təmsilçisi Can Pyero Venturaya həvalə olunub.Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 70 yaşlı italiyalı mütəxəssislə 2 illik müqavilə imzalanıb. Xatırladaq ki, “Kyevo” bu mövsümə Lorentso D'Anna ilə başlamışdı. Lakin komandanın uğursuz çıxışı səbəbindən ötən gün onunla yollar ayrılmışdı. Ventura ölkəsində “Venetsiya, “Leççe”, “Kalyari”, “Sampdoriya”, “Udineze”, “Napoli”, “Bari” və “Torino” kimi klubları çalışdırıb. O, son olaraq İtaliya yığmasının baş məşqçisi postunda çalışıb.


A Seriyasında geridə qalan 8 turdan sonra qələbəsi olmayan “Kyevo” -1 xalla sonuncu pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti