Farer adalarının futbolçusu: "Azərbaycana tez qol vurmalıyıq"

14:00 11 Oktyabr 2018

"Oyun yaxşı hazırlaşmışıq. Hava şəraiti əlverişli olmasa da, bunu düşünmürük. Qalib gəlib, qrup lideri olmaq istəyirik".

 

Sportarena.az xəbər verir ki, bu sözləri millimizlə oyundan öncə Farer adalarının futbolçusu Atli Qreqersen deyib. 36 yaşlı müdafiəçi bu qarşılaşmada uduzmamaları üçün əllərindən gələni edəcəklərini bildirib: "Azərbaycan millisi topla yaxşı rəftar edir. Rəqibimiz yaxşı komandadır. Onlara tez qol vursaq, üstünlük əldə edəcəyik. Bu oyunda uduzmaq olmaz. Əks halda, Kosovonu daha da irəli buraxa bilərik".

 

Qeyd edək ki, Farer adaları - Azərbaycan oyunu Bakı vaxtı ilə 22-45-də başlayacaq.


Xəbər xətti