Orxan Əliyev “Sumqayıt”da - RƏSMİ

15:44 11 Oktyabr 2018

“Sumqayıt” növbəti futbolçu transferini həyata keçirib.

 

Sportarena.az xəbər verir ki, 2011-2015-ci illər aralığında məhz bu komandanın şərəfini qorumuş Orxan Əliyevlə mövsümün sonuna qədər müqavilə imzalanıb. Adıçəkilən futbolçu “Sumqayıt”da 8 nömrəli formada çıxış edəcək.

 

Qeyd edək ki, 22 yaşlı Əliyev 2011-2015-ci illər ərzində bu komandanın heyətində meydana çıxdığı 73 qarşılaşmada 14 dəfə rəqib qapılarına yol tapıb. Son mövsümü “Zirə”də (5 oyun) keçirmiş yarımüdafiəçi “Xəzər Lənkəran” (8 oyun) və “Kəpəz”in də (39 oyun, 3 qol) şərəfini qoruyub.

 

Orxan Əliyev həmçinin U-16 (1 oyun), U-17 (5 oyun, 1 qol), U-18 (1 oyun), U-19 (5 oyun) və U-21 (3 oyun) millilərimizin də formasını geyinib.


Digər xəbərlər

Xəbər xətti