"Arsenal"ın futbolçusuna növbəti müştəri

20:55 11 Oktyabr 2018

Mövsümün sonunda “Arsenal”la müqaviləsi başa çatacaq Aaron Remsini heyətində görmək istəyən klubların sayı artmaqdadır.

 

Sportarena.az xəbər verir ki, “Liverpul”dan sonra “Maçester Yunayted” də uelsli futbolçuuğrunda mübarizəyə qoşulub.

 

27 yaşlı oyunçunun London klubu ilə sözləşməsi yayda başa çatsa da, “qırmızı şeytanlar” mövsümün sonunu gözləmək fikrində deyil. Mankunyanlar qış transfer pəncərəsində təcrübəli yarımmüdafiəçinin keçidini həll etmək istəyir.


Xəbər xətti