Azərbaycan mundialda 15-ci yeri tutdu

22:00 11 Oktyabr 2018

Azərbaycanın qadın voleybolçulardan ibarət millisi Dünya Çempionatında çıxışını başa vurub. 

 

Sportarena.az xəbər verir ki, birinci mərhələdə iki qələbə qazanan komandamız mübarizəni ikinci raundda davam etdirib. Burada isə yığmamız ümidləri doğrultmayıb. Bu mərhələdə keçirdikləri bütün görüşlərdə məğlub olan voleybolçularımız mübarizəni dayandırıblar.Bununla da komandamız mundialda 15-ci yeri tutub. Millimiz ikinci mərhələdə yarışan 16 komandadan yalnız Meksikanı qabaqlaya bilib.Bu, son mundialdakı nəticəmizlə eynidir. Belə ki, Faiq Qarayevin yetirmələri 4 il əvvəl İtaliyada baş tutan birincilikdə də 15-ci olmuşdular. Tarixində 4 dəfə dünya birinciliynə qatılan yığmamız ən yaxşı nəticəni 1994-cü ildə göstərib. Həmin vaxt millimiz 9-cu yeri tutmuşdu. 2006-cü ildə keçirilən mundialda isə Azərbaycan 13-cü olmuşdu.

 

Qeyd edək ki, E qrupunda Niderland, Yaponiya və Serbiya, F qrupundan isə İtaliya, Çin və ABŞ kollektivləri üçüncü mərhələyə yüksəliblər.


Xəbər xətti