Kosovo Maltaya şans vermədi - VİDEO

15:01 12 Oktyabr 2018

UEFA Millətlər Liqasında 3-cü tura start verilib.

 

Sportarena.az xəbər verir ki, D Liqasının III qrupunda lider Kosovo evdə Maltaya 3-1 hesabı ilə qalib gəlib.

 

Qeyd edək ki, qrupun 4-cü turunda Farer adaları Kosovo ilə, Azərbaycan millisi Malta ilə üz-üzə gələcək. Qrupa 7 xalla Kosovo başçılıq edir. Azərbaycanın 5, Farer adalarının 3, Maltanın isə 1 xalı var.

 

 

Kosovo - Malta 3:1

Qollar: Benjamin Kololli, 30, 81, Vedat Muriçi, 68 - Andre Aqius, 51.

Qırmızı vərəqə: Maykl Mifsud, 70 (Malta)

 


Digər xəbərlər

Xəbər xətti