Lalə Rzazadə Olimpiya Oyunlarında çıxış etdi

Sportarena.az      12 Oktyabr 2018, 15:23

Argentinanın paytaxtı Buenos-Ayresdə oktyabr ayının 6-da startı verilən Yeniyetmələrin 3-cü Olimpiya Oyunlarında çıxış növbəsi ağır atletlərə çatıb. Bu gün qızların yarışında 58 kq çəki dərəcəsində Lalə Rzazadə körpücük üzərinə çıxıb. O, Azərbaycanı Yeniyetmələrin Olimpiya Oyunlarında təmsil edən ilk qadın ağır atlet kimi tarixə düşüb.

 

Sportarena.az xəbər verir ki, Lalə birdən qaldırma hərəkətində 67 kq-ı ram edərək bu hərəkətdə 6-cı olub.Atletimiz təkanla qaldırma hərəkətində 80 kq-ın öhdəsindən gəlməyi bacararaq bu hərəkətdə də 6-cı ola bilib.Toplam 147 kq (67+80) nəticə göstərən Lalə Rzazadə bu çəkinin yekun sıralamasında 6-cı pilləni tutub.

 

Yarışdan sonra Lalə hisslərini bizimlə bölüşüb: “Olimpiadada çıxış etmək böyük fəxrdir. Düzdür, istərdim ki, daha yaxşı çıxış edim və Vətənə medalla qayıdım. Ancaq təəssüf ki, bu dəfə alınmadı. Mənim üçün yaxşı təcrübə oldu. Söz verirəm ki, qarşıdakı yarışlarımda daha yaxşı çıxış edəcək, uğur qazanacağam. Məni dəstəkləyən hərə kəsə təşəkkür edirəm”.

 

Laləni Olimpiya Oyunları kimi mötəbər yarışda böyük təcrübə toplamaq imkanı əldə etdiyinə görə təbrik, çıxışına görə təşəkkür edirik

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin