“Sumqayıt” “Zirə”yə məğlub oldu

22:34 13 Oktyabr 2018

Futbol üzrə milli komandaların oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranmış fasilədən istifadə edən “Sumqayıt” ilə “Zirə” də yoxlama oyununda üz-üzə gəlib.

 

Sportarena.az xəbər verir ki, sözügedən komandalar “Sumqayıt Arena”nın süni örtüklü meydançasında qarşılaşıblar.  Üç qolun vurulduğu zirəlilərin qələbəsiylə başa çatıb - 2:1.

 

Meydan sahiblərinin yeganə qolunu qarşılaşmanın son dəqiqələrində Nicat Qurbanov rəqib qapısından keçirib. “Zirə”yə qələbə qazandıran qolları isə Mirsayib Abbasovla Vüsal İsgəndərli vurub.


Digər xəbərlər

Xəbər xətti