“Qəbələ”nin futbolçusu İsraillə oyuna çağırıldı

14:39 14 Oktyabr 2018

“Qəbələ”nin futbolçusu Sabien Lilay Albaniya yığmasına dəvət alıb.

 

Sportarena.az xəbər verir ki, abaniyalı yarımmüdafiəçi ölkəsinin yığmasının İsrailə qarşı keçirəcəyi UEFA Millətlər Liqasının səfər matçına çağırılıb. Maraqlıdı ki, Albaniya yığmasının baş məşqçisi Kristian Panuççi oktyabrın 10-da yoxlama oyununda qarşılaşdıqları İordaniya, həmçinin İsraillə oyunlar üçün ilkin heyətdə Lilaya yer verməmişdi. Lakin Frederik Veseli və İlber Ramadani zədə səbəbindən yığmanın düşərgəsini tərk etdiyi üçün italiyalı mütəxəssis onları “Qəbələ”nin futbolçusu və müdafiəçi İvan Balilu ilə əvəzləməyə qərar verib.

 

Qeyd edək ki, Albaniya yığmasının İsraillə səfər matçı sabah baş tutacaq və Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

 


Xəbər xətti