"Barselona"da itki

20:37 14 Oktyabr 2018

"Barselona"nın və Belçika millisinin futbolçusu Tomas Vermalen sıradan çıxıb.

 

Sportarena.az xəbər verir ki, UEFA Millətlər Liqasıda İsveçrə ilə matçda zədələnən 32 yaşlı müdafiəçinin dörd həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

 

Bu isə o deməkdir ki, o, La Liqada "Sevilya", "Real" və Çempionlar Liqasında "İnter"lə oyunları buraxacaq.


Qeyd edək ki, Belçika – İsveçrə oyunu birincilərin 2:1 hesablı qələbəsi ilə başa çatıb.


Digər xəbərlər

Xəbər xətti