Tanınmış rus idmançısını məğlub edən Rail Rəcəbov kimdir?

12:58 15 Oktyabr 2018

Azərbaycan kikboksinqinin parlaq simalarından biri də Rail Rəcəbovdur. 

 

Sportarena.az xəbər verir ki, 1997-ci ildən idmanla məşğul olan Rail Rəcəbov 1986-ci il 10 iyulda Bakı şəhərində anadan olub. 13 saylı orta məktəbi bitirib. 2004-2008-ci illərdə Təfəkkür Universitetində təhsil alıb. 2008-2009-ci illərdə Silahlı Qüvvələrdə hərbi xidmət keçib. O, “Rabitə” İdman Klubunda məşqlərini  Ceyhun Abbasovun rəhbərliyi altında davam etdirib. Rail Rəcəbov 5 peşəkar döyüş keçirərək, 3 qələbə qazanıb: 

 

"5 dəfə Azərbaycan çempionu olub. 2001-2004-cü illərdə gənclər arasında, 2007-ci ildə kişilər arasında titulu qazanıb. O, daxili çempionatlarla yanaşı beynəlxalq yarışlarda da vətənimizi təmsil edib. 2006-ci il “world profil” üzrə dünya çempionatının “lou” versiyasi üzrə ikincisi, muay-tai üzrə üçüncüsü olub. 2006-cı ilin oktyabrında WAKO üzrə Avropa çempionatında Makedoniyada üçüncü yerə çıxıb. Ardınca 2007-ci ildə Heydər Əliyevin xatirəsinə həsr olunmuş peşəkar turnirdə tanınmış rus döyüşçüsü Aleksandr Ramaşka üzərində qələbə qazanıb. Qələbə Rusiyada idman ictimaiyyəti arasında da böyük rezonansa səbəb olub. Daha sonra isə 2007-ci il Serbiyada WAKO üzrə dünya çempionatında ikinci yeri əldə edib. 2008-ci ildə peşəkarlar arasında Azərbaycan çempionu kəmərinin qalibi olub”.

 

Təəssüf ki, Rail idmanı tez buraxıb. Lakin diqqətdən kənarda qalmayıb. İdmanda fərqləndiyinə görə 2007-ci ildə “İdman ustası" adına, 2012-ci ildə "Əməkdar idman ustası", 2013-cü ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən Olimpiya Komitəsinin "fəxri fərman"ı mükafatı ilə təltif edilib.


Digər xəbərlər

Xəbər xətti