Turan Bayramov: “Sevincimin həddi-hüdudu yoxdu” - VİDEO

15:22 15 Oktyabr 2018

Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Yeniyetmələrin 3-cü Yay Olimpiya Oyunlarında qızıl medal qazanan Turan Bayramov (65 kq) qələbəsini şərh edib. 

 

Sportarena.az xəbər verir ki, sərbəst güləşçimiz rahat çempion olduğunu qeyd edib:

 

“İnanırdım ki, finala vəsiqə qazanacağam. Qrupdakı görüşlərim çox da çətin keçmədi. Finaldakı rəqib güclü olsa da, ona da çox rahat qalib gəldim. Sevincimin həddi-hüdudu yoxdur. Hisslərimi anlaya bilmirəm. Üzərimdə əziyyəti olan şəxslərə minnətdarlığımı bildirirəm. MOK, AGİN və AGF-ə də təşəkkür edirəm”.

 


Digər xəbərlər

Xəbər xətti