"Hakim deyib ki, səni tanıyıram, Rəşad Sadiqovun dayısı oğlusan, ofsayddan çıx deyəndə, çıxarsan"

17:30 15 Oktyabr 2018

“Mən başa düşə bilmirəm ki, 12 yaşlı futbolçuların çempionatında tərəfkeşlik etmək hakimə nə qazandırır?”

 

Sportarena.az xəbər verir ki, bu sözləri  “Əlincə”nin U-12 komandasının baş məşqçisi İlkin Hacıyev deyib. O, “Buzovna” komandası ilə oyunda hakimlərin komandasına qarşı haqsızlıq etdiyini bildirib:

 

“Təsəvvür edin, hakim 11 yaşlı futbolçuya “Səni tanıyıram, Rəşad Sadiqovun dayısı oğlusan, diqqətin məndə olsun, ofsayddan çıx deyəndə, çıxarsan” deyir, sonra bir neçə dəfə “Buzovna”nın oyunçusuna dediyi kimi, kömək edir. Ayıbdır axı. O hakim bunları etməklə nə əldə etdi ki? Bizim oyunlarımız 25 dəqiqəlik 2 hissədən ibarət olur. Oyunun əsas vaxtı başa çatır, hakim 7 dəqiqədən sonra oyunu bitirir. Gülməli deyil, sizcə? Bizim çempionatda tablo olmadığına görə, adətən, hakim artırdığı dəqiqəni hər kəsə elan edir.

 

Bu hakim “Buzovna”nın məğlub olmasından o qədər təsirlənmişdi ki, əlavə edilən vaxtı da elan etməyi unutmuşdu. Hətta meydanda kobudluq səbəbindən yerə yıxılan futbolçuma qışqıraraq “tez ayağa qalx” deyirdi.Etiraz üçün Ceyhun Haşımova zəng etmişəm, deyir ki, belə şey olmayıb, uşaqlar yalan danışır. Yaxşı, ay Ceyhun müəllim, bu uşaqlar hardan bildilər ki, o uşaq Rəşad Sadiqovun dayısı oğludu?"  (Sportlife.az)


Digər xəbərlər

Xəbər xətti