Əsgərov dubl etdi, komandası 6 qola sevindi

17:55 15 Oktyabr 2018

Futbol üzrə Latviya Birinci Liqasında 21-ci turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun formasını geyindiyi “Dauqavpils” də növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Smiltene” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 6:1. Vüqar da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan futbolçumuz 75-ci dəqiqədə əvəzlənib. Komandasının bu oyunda vurduğu qollardan ikisinə Vüqar imza atıb. O, 22 və 61-ci dəqiqələrdə təyin olunan penaltiləri dəqiq yerinə yetirib. Bununla da Əsgərov cari mövsümdə vurduğu qolların sayını 27-yə çatdırıb.

 

“Dauqavpils” 21 turdan sonra 55 xalla 12 kollektiv arasında birinci pillədə qərarlaşıb.


Xəbər xətti