Bakıda AÇ-2020-nin oyunlarına hazırlıqla bağlı tədbir keçirildi

20:40 15 Oktyabr 2018

Bu gün Bulvar oteldə “Futbol oyunları və digər idman tədbirləri zamanı təhlükəsizlik, mühafizə və xidmət məsələlərinə vahid yanaşma haqqında Avropa Şurası Konvensiyası” ilə bağlı tədbir keçirilib.

 

Sportarena.az xəbər verir ki, tədbirdə AÇ-2020-nin Bakıda keçiriləcək oyunlarına təhlükəsizlik əməliyatları hazırlığı ilə əlaqədar Avropa Komissiyasının “Tamaşaçı zorakılığı” üzrə Avropa Konvensiyasının daimi komitəsinin ölkəmizdə məsləhət səfərində olan nümayəndə heyəti, Daxili İşlər Nazirliyinin, Səhiyyə Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Gənclər və İdman Nazirliyinin və AFFA-nın əməkdaşları iştirak ediblər.


Digər xəbərlər

Xəbər xətti