Simeon Slavçev: "Millidə əsl ailə ab-havası var"

21:31 15 Oktyabr 2018

“Kiprlə oyundan sonra komandada əhval-ruhiyyə daha yaxşılaşıb”.

 

Sportarena.az xəbər verir ki,  bu sözləri Bolqarıstan millisinin üzvü olan “Qarabağ”ın futbolçusu Simeon Slavçev deyib.


O, Bolqarıstan mətbuatına açıqlamasında Millətlər Liqasının 4-cü  turunda sabah Norveçlə keçiriləcək oyun haqda danışıb: “Zədəli olduğum üçün “Qarabağ”da bir neçə oyunu buraxmışdım. Amma tədricən formaya düşürəm. Kiprlə matçda 90 dəqiqə oynamağım buna çox kömək oldu. Millidə əsl ailə ab-havası var. Əvvəlki matçlarda olduğu kimi, Norveç səfərinə də qələbə üçün gedirik”.


Xəbər xətti