Millətlər Liqası: İspaniya İngiltərəyə uduzdu

10:15 16 Oktyabr 2018

Futbol üzrə UEFA Millətlər Liqasında 4-cü turun növbəti oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, beşinci oyun günündə 7 qarşılaşma baş tutub.  Azərbaycan millisinin yer aldığı D Liqasında 2 oyun keçirilib. Belarusun Moldova ilə heç-heçəyə razılaşdığı gündə Lüksemburq San Marino üzərində darmadağına sevinib.

 

A Liqasında iki görüş olub - İspaniya İngiltərəni, İslandiya isə İsveçrəni qəbul edib. İngilislər çətin səfər matçından qələbə ilə ayrılıblar. İsveçrə də səfər qələbəsinə imza atıb.

 

C Liqasının 2-ci qrupunda Finlandiya Yunanıstan, Estoniya isə Macarıstan ilə üz-üzə gəlib. Finlərin yunanları məğlub etdiyi gündə bu qrupun altı qolluq digər matçı heç-heçə başa çatıb.

 

UEFA Millətlər Liqası
Qrup mərhələsi, 4-cü tur
15 oktyabr

 

A Liqası
2-ci qrup

 

İslandiya - İsveçrə 1:2
Qol: Finnboqason, 81 - Seferoviç, 52. Lanq, 67.

 

4-cü qrup

 

İspaniya - İngiltərə 2:3
Qol: Alkaser, 59. S.Ramos, 90 – Sterlinq, 16; 38. Reşford, 30.

 

B Liqası
3-cü qrup

 

Bosniya və Hersoqovina - Şimali İrlandiya 2:0
Qol: Dzeko, 27; 73.

 

C Liqası
2-ci qrup

 

Finlandiya - Yunanıstan 2:0
Qol: Soiri, 46. Kamara, 89.

 

Estoniya - Macarıstan 3:3
Qol: Luts, 20. Pikk, 70. Anier, 79 – Naqi, 24. Salai, 54; 81.

 

D Liqası
2-ci qrup

 

Belarus - Moldova 0:0

 

Lüksemburq - San Marino 3:0
Qol: Turpel, 4. Sinani, 65. Till, 73.


Digər xəbərlər

Xəbər xətti