"Sumqayıt" itkilərlə hazırlaşır

14:54 16 Oktyabr 2018

Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində “Sabah”la qarşılaşacaq “Sumqayıt” bu oyun üçün hazırlığını davam etdirir.

 

Sportarena.az xəbər verir ki, komanda baş məşqçi Nazim Süleymanovun rəhbərliyi altında bu gün saat 11:00-da növbəti məşqini keçirib. U-21 millinin toplanışında olan Süleyman Əhmədov və Yusif Nəbiyev hazırlıq prosesində iştirak etməyib. Yüngül zədəsi olan Şəhriyar Əliyev və Elvin Məmmədov fitness zalında fərdi məşqlə, Əfran İsmayılov isə meydançada yüngül qaçışla kifayətlənib. 1.5 saat davam edən hazırlıq prosesində topla müxtəlif hərəkətlər və taktiki gedişlər üzərində çalışılıb. Məşqə ikitərəfli oyunla yekun vurulub.

 

Qeyd edək ki, “Sumqayıt” – “Sabah” qarşılaşması 21 oktyabr, saat 17:00-da “Dalğa Arena”da keçiriləcək. Qarşılaşma CBC Sport telekanalı ilə canlı yayımlanacaq.


Digər xəbərlər

Xəbər xətti