"Qarabağ"ın futbolçusu: "Biz robot deyilik"

11:14 17 Oktyabr 2018

“Bu 90 dəqiqənin indiyə qədər olan oyunları silməsinə imkan verməyəcəyik. Başımızı aşağı salmamalıyıq. Paltardəyişmə otağında hər zamankından daha güclü olacağıq. Komandamız böyük potensiala sahibdir".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Simeon Slavçev Bolqarıstan millisinin heyətində  UEFA Millətlər Liqasının 4-cü turunda Norveçlə oyundan (0:1) sonra deyib.

 

"Komandanın mənfi şəkildə danışmasına icazə verməyəcəyik. Biz robot deyilik. Amma bir komanda şəklində yumruğumuzu vuracağıq” - deyə o bildirib.

 

Qeyd edək ki, Bolqarıstan qrupunda 9 xalla 2-ci pillədə qərarlaşıb. Lider Norveçin də eyni sayda xalı var.

 

Xatırladaq ki, S.Slavçev sözügedən görüşdə 58 dəqiqə meydanda olub.  


Digər xəbərlər

Xəbər xətti