“Qəbələ”nin futbolçusu Afrikada “Keşlə”nin oyunçusunu məyus etdi

11:35 17 Oktyabr 2018

“Qəbələ”nin futbolçusu Lalavele Atakora Toqo millisində növbəti oyununu keçirib.

 

Sportarena.az xəbər verir ki, yarımmüdafiəçi Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsinin 4-cü turunun Qambiya ilə səfər oyununda iştirak edib. Qambiya yığmasının heyətində isə “Keşlə”də çıxış edən Ebrima Sohna da bu matçın iştirakçısı olub.Hər iki futbolçu start heyətdə meydana çıxıb. Qarşılaşma isə Toqonun səfər qələbəsiylə başa çatıb - 1:0. Bu komandalar arasında oktyabrın 12-də Toqoda baş tutan ilk görüşdə qalib müəyyənləşməmişdi - 1:1.

 

Dörd oyundan sonra hesabında 5 xal olan Toqo 3-cü, 2 xala malik Qambiya isə sonuncu pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti