Luka Modriç: "Heç vaxt Messi ilə birgə oynamaram"

13:41 17 Oktyabr 2018

"Real"ın futbolçusu Luka Modriç "Barselona"nın hücumçusu Lionel Messi haqda açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, "Qızıl top"a namizəd olan xorvatiyalı yarımmüdafiəçi  heç vaxt Messi ilə birlikdə oynamayacağını deyib: "Messi ilə rəqibik. Ona qarşı çox oynamışam, amma onunla birlikdə oynamamışam. Təbii ki o, tarixin ən yaxşı futbolçularından biridir. Amma heç vaxt Messi ilə birlikdə oynamaram".

 

Qeyd edək ki, L.Messi də "Qızıl top"a namizəd futbolçular sırasındadır.


Xəbər xətti