Millimizin iki üzvü Finlandiya klubuna keçdi

15:44 17 Oktyabr 2018

Voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisinin daha iki üzvünün yeni komandası bəlli olub. 

 

Sportarena.az xəbər verir ki, yığmamızın toppaylayıcısı Kristina Yaqubova və blokçumuz Kseniya Pavlenko karyeralarını ölkə xaricində davam etdirəcəklər. 

 

Voleybolçularımız 2018/19 illər mövsümündə Finlandiyanın "LP Viesti" klubunun şərəfini qoruyacaqlar. Yığmamızın üzvləri ən azı bir il bu komandanın uğurları üçün çalışacaqlar. 


Xəbər xətti