“Barselona"dan Arda Turan açıqlaması: “Yaşananlar bizi də kədərləndirir"

18:46 17 Oktyabr 2018

“Barselonanın” mətbuat katibi Josep Vives müqavilə ilə Kataloniya klubuna məxsus olan Arda Turanla bağlı açıqlama verib. 

 

Sportarena.az xəbər verir ki, Jozep Vives, jurnalistin icarə əsasında "Başakşəhər"də çıxış edən Arda Turanın məlum qalmaqalı ilə bağlı sualını belə cavablandırıb:  “Yaşananlar bizi də kədərləndirir. Bu mövzu ilə bağlı Türkiyədən gələn xəbərlər xoş deyil. Arda yaxından tanıdığımız, dostluq münasibətlərimiz olan futbolçudur. Olanlardan xəbərimiz var, prosesi izləyirik, lakin bu hadisə ilə bağlı hər hansı əlavə şərh vermək istəmirik”. 

 

Qeyd edək ki, Arda Turan digər qanunsuz əməllərdə də ittiahm olunur. İstanbul Prokurorluğu A.Turanın cinsi təzavüz, qəsdən sağlamlığa zərər vurma və qanunsuz silah gəzdirmə ittihamı ilə 3 il 3 aydan 12 il yarıma qədər həbsini tələb edib. "Başakşəhər" isə 31 yaşlı yarımmüdafiəçini müğənni Berkayla arasında baş verən hadisə ilə bağlı 2,5  milyon Türk Lirəsi məbləğində cərimə edib.


Xəbər xətti