"Liverpul"da ciddi itkilər

20:44 17 Oktyabr 2018

Mövsümə uğurlu start verən "Liverpul"un 4 futbolçusu zədələnib.

 

Sportarena.az xəbər verir ki, Sadio Mane, Nəbi Keyta, Məhəmməd Salah və Vircil van Deyk milli komandalarında zədələniblər. Manenin barmağı sınıbsa, van Deyk qabırğasından xəsarət alıb. Nəbinin dizaltı vətərində, Salahın isə budunda problem var. Onların bu həftə Premyer Liqa matçında iştirakları gözlənilmir.

 

Qeyd edək ki, "Liverpul"un baş məşqçisi Yurgen Klopp Millətlər Liqasını ən mənasız turnir adlandırmışdı.


Digər xəbərlər

Xəbər xətti