İsrafilovun komandası İspaniya Kuboku ilə vidalaşdı

10:53 18 Oktyabr 2018

Futbol üzrə İspaniya Kubokunda üçüncü təsnifat mərhələsinin oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Alkorkon” da bu turnirdə növbəti matçına çıxıb. Sequnda təmsilçisi səfərdə “Luqo” ilə qarşılaşıb. Eddi də bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.

 

“Alkorkon” isə meydanı məğlub tərk edib – 0:1. Bu məğlubiyyət nəticəsində İsrafilovun komandası İspaniya Kubokunun final mərhələsinə vəsiqə qazanmaq şansını itirib.

 


Xəbər xətti