Anri: "Pep Qvardioladan örnək alıram"

11:35 18 Oktyabr 2018

"Monako"dan təklif alanda qəlbimin səsini dinlədim. Kluba mənə evimə dönmək şansını verdiyi üçün təşəkkür edirəm".

 

Sportarena.az xəbər verir ki, bu sözləri “Monako”nun yeni baş məşqçisi Tyerri Anri deyib.

 

Təyinatı ilə bağlı Fransa mətbuatına açıqlama verən 41 yaşlı məşqçi “Barselona”da baş məşqçiisii olmuş Pep Qvardioladan ilham aldığını deyib: "Pep Qvardioladan örnək alıram. "Barselona"da necə oynamaq lazım olduğunu ondan öyrəndim. Pepdən ilham almışam".

 

Qeyd edək ki, Anri 2007-2010-cu illərdə "Barselona"da Pep Qvardiolanın rəhbərliyi altında çıxış edib.


Xəbər xətti