"Keşlə" ilə "Zirə"nin 14-cü dueli

Sportarena.az      18 Oktyabr 2018, 17:30

Bu həftə Topaz Premyer Liqasında II dövrəyə start veriləcək.
 
 

Sportarena.az xəbər verir ki, yığmaların oyunlarından sonra baş tutacaq 8-ci turda "Zirə” "Keşlə” ilə üz-üzə gələcək. Bu tərəflər arasında 14-cü duel olacaq.İndiyədək 13 dəfə qarşılaşan komandalar bu görüşlərin böyük hissəsində - 8 dəfə heç-heçə edib. "Zirə” 2 dəfə qalib gəldiyi duellərdə 3 dəfə məğlub olub. İki komanda arasında matçlarda 25 qol vurulub. "Qartallar” 12, "Keşlə” 13 dəfə fərqlənib. Komandamız qol sayında geri qalsa da, ardıcıl 9 qarşılaşmadır meydanı top vurmadan tərk etmir. "Zirə” – "Keşlə” oyunlarının ən yaxşı bombardirləri 2 qol vuran futbolçulardır. "Qartallar"ın heyətində Yovan Krneta ilə Milan Duriç fərqlənib.
 

Paytaxt klubları 7-ci dəfə "Keşlə”nin meydanında üz-üzə gələcək. Səfərdə 1 qələbə qazanıb, 2 heç-heçə edən "Zirə” rəqib meydanından 3 dəfə xalsız ayrılıb. Bu matçlarda meydan sahibləri 5, qonaqlar 4 qol vurub.

 

2015/16 mövsümü

24.08.2015. Premyer Liqa. Zirə - İnter - 0:0
31.10.2015. Premyer Liqa. İnter - Zirə - 0:0
31.01.2016. Premyer Liqa. Zirə - İnter - 2:1
Luis Alberto Diez, 13; Nurlan Novruzov, 86 // Abbas Hüseynov, 48
20.05.2016. Premyer Liqa. İnter - Zirə - 1:0
Abbas Hüseynov, 69

 

2016/17 mövsümü
 
30.09.2016. Premyer Liqa. İnter - Zirə - 1:1
Ağabala Ramazanov, 22 - Viktor İqbekoyi, 90+2
28.11.2016. Premyer Liqa. Zirə - İnter - 1:1
Yovan Krneta, 90+3 - Ruslan Abışov, 48 
18.02.2017. Premyer Liqa. İnter - Zirə - 1:1
Rauf Əliyev, 47 - Denis Silva, 40-ö.q. 
10.04.2017. Premyer Liqa. Zirə - İnter - 1:1
Riçard Qadze, 19 - Rauf Əliyev, 12

 

2017/18 mövsümü

23.09.2017. Premyer Liqa. Zirə - İnter - 1:1
Yovan Krneta, 67 - Sertan Taşkın, 21
18.11.2017. Premyer Liqa. Keşlə - Zirə - 0:1
Milan Duriç, 18
04.03.2018. Premyer Liqa. Zirə - Keşlə - 1:2
Elşən Abdullayev, 30 - Tərlan Quliyev, 14; Slavik Alxasov, 74 
21.04.2018. Premyer Liqa. Keşlə - Zirə - 2:1
Andre Klennon, 50; Vaqif Cavadov, 69 - Milan Duriç, 36-p.

 

2018/19 mövsümü
 
18.08.2018. Premyer Liqa. Zirə - Keşlə - 2:2
Mirsahib Abbasov, 2; Pərdis Fərcad-Azad, 35 // Slavik Alxasov, 53; Andre Klennon, 90+1

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin