İquain: "Məni komandadan qovdular"

17:56 18 Oktyabr 2018

"İtaliya kubokunun finalından sonra hiss etdim ki, nəsə yolunda getməyəcək. Bir müddət sonra Ronaldonu aldılar".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Milan"ın hücumçusu Qonzalo İquain deyib. Ötən mövsümün sonunda "Yuventus"u rossonyerlərə dəyişən argentinalı futbolçu Turin klubundan öz istəyilə ayrılmadığını bildirib: "Klubdan getmək qərarı mənə aid deyildi. Bacardığım hər şeyi "Yuventus" üçün etdim ki, bu komanda ilə çoxlu titul qazanım. Kriştiano gələndə rəhbərlik mənə dedi ki, burada qala bilməzsən, artıq variantlar axtarırıq, sən satılacaqsan. Ən yaxşı qərar isə "Milan"a keçmək idi".

 

Təcrübəli forvard "Yuventus"dan qovulduğunu düşünsə də, bu komandaya hələ də bağlı olduğunu söyləyib: "Heç vaxt "Yuventus"dan intiqam almaq barədə düşünməmişəm. Bu komandaya ancaq sevgim var. Çünki hər zaman özümə qarşı yaxşı münasibət görmüşəm. Ancaq heç vaxt rəhbərlikdən məni satmasını xahiş etməmişəm. Sadəcə, məni komandadan qovdular".

 

Qeyd edək ki, İquain 2016-cı ilin yayında "Napoli"dən 90 milyon avroya "Yuventus"a transfer olunmuşdu.


Digər xəbərlər

Xəbər xətti