Millinin baş məşqçisi istefaya göndərildi

21:48 18 Oktyabr 2018

Sloveniya millisinin baş məşqçisi Tomaş Kavçiç istefaya göndərilib.

 

Sportarena.az xəbər verir ki, 64 yaşlı mütəxəssis uğursuz nəticələrə görə vəzifəsindən uzaqlaşdırılıb. Ötən ilin dekabrından yığmaya rəhbərlik edən sloveniyalı çalışdırıcı bu müddətdə keçirilən 7 oyundan yalnız birində qələbəyə sevinib.

 

Qeyd edək ki, Sloveniya millisi Kavçiçin başçılığı altında son olaraq UEFA Millətlər Liqasında Kiprlə heç-heçə edib - 1:1. Norveç, Bolqarıstan və Kiprlə eyni qrupda yer alan yığma 1 xalla sonuncu pillədə qərarlaşıb.


Xəbər xətti