Suaresin əvəzinə Roberto Firmino gəlir?

22:52 18 Oktyabr 2018

"Barselona" 32 yaşına girməyə hazırlaşan Luis Suaresə alternativ axtarır.

 

Sportarena.az xəbər verir ki, Kataloniya təmsilçisinin uruqvaylı forvardın əvəzinə düşündüyü ilk hücumçu "Liverpul"da çıxış edən Roberto Firminodur. İspaniya mətbuatında yer alan məlumata görə, "Barselona" 140 milyon avroluq təkliflə "qırmızılar"ın qapısını döyəcək.

 

Qeyd edək ki, 27 yaşlı braziliyalı futbolçu cari mövsüm 11 oyuna 3 qol vurub, 2 assist edib.


Digər xəbərlər

Xəbər xətti