“Qarabağ”ın qapıçısı Bakıda AĞIR QƏZA törətdi – Hər İKİ AYAĞI QIRILDI

10:44 19 Oktyabr 2018

Piyada ağır xəsarətlər alıb.

 

Sportarena.az xəbər verir ki, “Qarabağ” futbol klubunun qapıçısı, İslandiyanın futbol yığmasının əsas heyət üzvü 1984-cü il təvəllüdlü Hanner Haldorson idarə etdiyi 10 UC 909 nömrə nişanlı “Wolksfagen Tuareg” markalı avtomobillə vurub 1955-ci il təvəllüdlü Eyvazov Namiq Əbdüləzim oğlunu vurub. Hadisə nəticəsində Namiq Eyvazovun hər iki ayağının sınığı diaqnozu ilə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Bu barədə xəbəri Publika.az saytı yayıb. 

 

İlkin araşdırmalar zamanı məlum olub ki, gecə saatlarında klubun bazasından ayrılan və “Port Baku” kompleksində yaşadığı mənzilə gedən futbolçu maşının qarşısına çıxan piyadanı vurub. O, hadisə zamanı maşından düşərək yaralıya kömək edib və onu xəstəxanaya çatdırıb. Həkimlər yaralının həyatına təhlükənin olmadığını, lakin N.Eyvazovun uzun müddət yeriyə bilməyəcəyini deyiblər.

 

Faktla bağlı zəruri ekspertizalar təyin edilib.

 


Digər xəbərlər

Xəbər xətti