Səmədova Rusiyada növbəti qələbəsini qazanıb

11:03 19 Oktyabr 2018

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Yelizaveta Səmədova Rusiyada növbəti oyununu keçirib. 

 

Sportarena.az xəbər verir ki, hücumçumuzun şərəfini qoruduğu "Leninqradka" Rusiya kuboku çərçivəsində "Luç"u ilə qarşılaşıb. 

 

Görüş Sankt-Peterburq təmsilçisinin üstünlüyü ilə keçib. 3 hissə edən görüşdə Səmədova və rəfiqələri quru hesablı (3:0 (25:18, 25:15, 25:18)) qələbəyə seviniblər.


Xəbər xətti