“Real”ın forvardı insan oğurluğuna cəhddə günahlandırılır

11:22 19 Oktyabr 2018

İspaniyanın “Real” klubunun hücumçusu Kərim Benzema insan oğurluğuna cəhddə günahlandırılır.

 

Sportarena.az xarici mətbuata istinadən xəbər verir ki, fransalı futbolçunun keçmiş agenti Leo D’Souz məhkəməyə müraciət edərək oktyabrın 8-də Benzemanın qohumlarının onu oğurlamağa cəhd etdiklərini bildirib.

 

Futbolçu və agent arasında olayın 50 min avro həcmində maliyyə məsələsi ilə bağlı olduğu ehtimalı var. Artıq Paris prokurorluğu bu işlə bağlı araşdırmaya başlayıb.


Xəbər xətti