“Topaz”da bu gün: “Aslan” “timsah”a qarşı

Sportarena.az      19 Oktyabr 2018, 12:43

2 günlük “sakitlik”dən sonra “Topaz”da qaynar bir həftəsonu başlayır. Ənənəvi olaraq cümə günü əksər ölkə çempionatlarında turun açılış matçları oynanılır. Almaniya, Fransa, Hollandiya və Avstriyanın aşağı liqalarında isə turun əksər oyunları keçirilir. Bütün bunlar Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru olan "Topaz"ın bu günkü proqramında əksini tapıb.

 

Proqnozsevərlərə 140 qarşılaşma təklif olunur ki, onlardan 44-nə canlı, 5-nə isə "təkli" mərc etmək olar. "Təkli" oyunlar sırasında Türkiyə Super Liqasının "Qalatasaray" - "Bursaspor" görüşü də var. Super Liqanın lideri olan "Cim-Bom" 14-cü pillədə qərarlaşan bursalılarla dueldə aşkar favorit sayılması qanunauyğundur. "Timsahlar" 2012-ci ilin yanvarından indiyədək keçirilən 16 matçda "Qalatasaray"a qalib gələ bilməyib. Ümumiyyətlə, bu komandalar indiyədək 104 dəfə üz-üzə gəlib. Bu duellərin 55-də "aslan", 22-də "timsah" üstün olub. Son 16 duelin hər birində azı 2 qol vurulub. Daha bir maraqlı fakt odur ki, arxada qalan 8 turda "Qalatasaray" heç-heçə oynamayıb (6 qələbə, 2 məğlubiyyət), "Bursaspor" isə əksinə, Super Liqanın ən "sülhsevər" komandasıdır - 8 matçda 5 heç-heçə. "Topaz"ın "təkli oyun" statusu verdiyi bu qarşılaşmanın əmsalları belədir: "Qalatasaray"ın qələbəsi 1.35, heç-heçə 3.90, "Bursaspor"un qələbəsi 6.30.

 

Günün digər "təkli" oyunları sırasında Rusiya çempionatının "Lokomotiv" - "Rostov" (kod 165, saat 21:30), Almaniya bundesliqasının "Ayntraxt" - "Fortuna" (kod 210, saat 22:30), Fransa Liqasının "Lion" - "Nim" (kod 216, saat 22:45) və İspaniya Primerosunun "Selta" - "Alaves" (kod 226, saat 23:00) görüşləri də var.

 

"Topaz"da qazanmaq öz əlinizdədir. Oynayın və qazanın

 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin