Nəriman Abbasovun Moskva sınağı

Sportarena.az      19 Oktyabr 2018, 13:19

Azərbaycanın və “Qəbələ” İdman Klubunun MMA döyüşçüsü Nəriman Abbasov növbəti sınağına çıxacaq. 

 

Sportarena.az xəbər verir ki, təmsilçimiz Rusiyanın paytaxtı Moskvada təşkil olunacaq “Fight Night Global 90” çərçivəsində qüvvəsini sınayacaq. Yüngül çəkidə mübarizə aparan 24 yaşlı Abbasov Rusiyanı təmsil edən Mixail Qoqitidze ilə üz-üzə gələcək. İdmançılar turnirdən bir gün öncə rəsmi çəki mərasimində iştirak ediblər. 

 

Bu gün keçiriləcək qarşılaşma “MOİK Arena”da baş tutacaq. Moskvadakı görüş hesabında 22 qələbə olan Nərimanın 26-cı döyüşü olacaq. Onun rəqibi isə 15-ci sınağına çıxacaq. Qoqitidze bu döyüşlərdən 9-da qələbə qazanıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin