"Real"ın zədəliləri qayıdır

13:40 19 Oktyabr 2018

"Real"ın futbolçuları Marselo, Benzema, Marko Asensio, Qaret Beyl və Xesus Valyeho zədələrini sağaldıblar.

 

Sportarena.az xəbər verir ki, onlar komanda ilə ümumi məşqlərə qayıdıblar. Həmçinin kor bağırsağından əməliyyat olan İsko da məşqlərdə iştirak edib. Adları qeyd olunan futbolçuların La Liqanın 9-cu turunda "Levante" ilə görüşdə oynaya biləcəyi vurğulanıb.

 

Xatırladaq ki, "Real" - "Levante" görüşü sabah keçiriləcək

 


Digər xəbərlər

Xəbər xətti