Halldorssonu hansı cəza gözləyir? - AÇIQLAMA

14:00 19 Oktyabr 2018

Qarabağ-ın qapıçısı Hannes Haldorsonun qəza törətməsi barədə xəbər vermişdik. Gecə saatlarında klubun bazasından ayrılaraq “Port Baku” kompleksində yaşadığı mənzilə gedən futbolçu maşının qarşısına çıxan piyadanı vurub. Hadisə zamanı 1955-ci il təvəllüdlü Eyvazov Namiq Əbdüləzim oğlu hər iki ayağının sınığı diaqnozu ilə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb.


Sportarena.az xəbər verir ki, Offsideplus.az saytı Haldorsonu hansı cəza gözlədiyi ilə bağlı vəkil Oktay Məhərrəmovun fikirlərini öyrənib.

 

Məhərrəmov saytımıza açıqlamasında təsvir edilən hadisənin yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma olmaqla cinayət olduğunu bildirib: "Cinayət qanununa əsasən avtomobili idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə, ağır zərər vurulmasına səbəb olduqda isə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bundan başqa təqsirkar şəxs nəqliyyat vasitələrini idarə etmək hüququndan müəyən müddətə məhrum edilir".


Digər xəbərlər

Xəbər xətti