Venger "Bavariya"ya gəlir?

16:03 19 Oktyabr 2018

Bu gün "Bavariya"da baş məşqçi dəyişikliyi ola bilər.

 

Sportarena.az xəbər verir ki, "Bild" nəşri yazıb ki, bu gün klubun idarə heyətinin sədri Karl-Hayns Rummenigge və idman direktoru Hasan Salihamiciç mətbuat konfransı keçirəcək. Konfransda klubun yeni baş məşqçisi olacağı idda edilən Arsen Vengerin təyinatı açıqlanacaq.

 

Qeyd edək ki, "Arsenal"ın sabiq çalışdırıcısı A.Venger yanvar ayından məşqçiliyə qayıdacağını söyləmişdi.

 

Xatırladaq ki, Münhen klubunun hazırkı baş məşqçisi Niko Kovaçdır. Onun komandası hazırda Bundesliqada 13 xalla 6-cı pillədədir.


Digər xəbərlər

Xəbər xətti