UEFA PSJ-ni cərimələdi

16:24 19 Oktyabr 2018

UEFA Fransanın PSJ klubunu cəzalandırıb.

 

Sportarena.az xəbər verir ki, qitə futbol qurumu Paris təmsilçisini 20 min avro cərimələyib. Bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb. 

 

Paris klubu UEFA Çempionlar Liqasında Serbiyanın "Srvena Zvezda" komandası ilə ev oyununun gec başlamasına görə cəzalanıb. UEFA PSJ-nin 6:1 hesabı ilə qalib gəldiyi həmin görüşdə klubu azarkeşlərin yandırıcı maddələrdən istifadə etməsinə görə də günahlandırıb.

 


Digər xəbərlər

Xəbər xətti