Şahmatçımız “Isle of Man International”a yollanır

17:46 19 Oktyabr 2018

Oktyabrın 20-də Men adasının paytaxtı Duqlasda üç qrupda keçiriləcək "Isle of Man International” turnirinə start veriləcək.

 

Sportarena.az xəbər verir ki, güclü şahmatçıların "Masters” turnirində 167 oyunçu, o cümlədən 92 qrossmeyster və Azərbaycan təmsilçisi Arkadi Naydiçin də daxil olduğu 20 "yeddiyüzçü” iştirak edəcək. Turnirdə, həmçinin hollandiyalı Aniş Giri, fransız Maksim Vaşye-Laqrav, rusiyalı Vladimir Kramnik, amerikalı Uesli So, hindistanlı Vişvanatan Anand və digər tanınmış şahmatçılar mükafatlar uğrunda mübarizə aparacaqlar. Turnirin birinci mükafatı 50000, qadın şahmatçılar üçün isə 7000 funt sterlinqdir.

 

Men adası turniri İsveçrə sistemi üzrə 9 turdan ibarət olaraq keçiriləcək.


Xəbər xətti