Dəniz “Adanaspor”la matçı da buraxacaq

18:47 19 Oktyabr 2018

Türkiyənin “Gənclərbirliyi” komandası TFF 1-ci liqanın 9-cu turu çərçivəsində qarşılaşacağı “Adanaspor”la ev oyununa hazırlığı başa vurub.

 

Sportarena.az xəbər verir ki, paytaxt klubu qarşıdakı oyuna bir itki ilə çıxacaq. Xeyli müddətdi zədədən əziyyət çəkən Azərbaycan yığmasının sabiq hücumçusu Dəniz Yılmaz hələ də müalicə alır. Onun qarşıdakı oyunu da buraxacağı dəqiqdi.

 

Qeyd edək ki, Yılmazın komandası geridə qalan 8 turda maksimum nəticə - 24 xalla liderdi. Sabah keçiriləcək “Gənclərbirliyi” – “Adanaspor” matçı saat 15:00-da start götürəcək.


Digər xəbərlər

Xəbər xətti