“Qarabağ” - “Vorskla” matçına nə qədər bilet satılıb?

19:33 19 Oktyabr 2018

Futbol üzrə Avropa Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 25-də Azərbaycan çempionu “Qarabağ”la Ukraynanın “Vorskla” klubu arasında keçiriləcək oyuna bilet satışı davam edir.

 

Sportarena.az xəbər verir ki, artıq bu matça 12000 bilet satılıb. Bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

 

Biletləri aşağıdakı satış məntəqələrindən əldə etmək olar:

 

“Qarabağ” FK (Fan-Şop)

Gənclik Mall

28 Mall

ASAN Xidmət (1,2, 3, 4 və Sumqayıt)

İticket satış məntəqələri

İticket.az (onlayn)


Xəbər xətti