"Qəbələ" "Neftçi"ni, "Qarabağ" "Səbail"i məğlub etdi YENİLƏNİB

20:59 20 Oktyabr 2018

Bu gün Topaz Premyer Liqada 8-ci tura start veriləcək.

 

Sportarena.az xəbər verir ki, ilk oyun gününə iki görüş nəzərdə tutulub. Son vaxtlar uğursuz  çıxışları ilə yadda qalan “Qəbələ” öz meydanında lider “Neftçi”ni qəbul edəcək. 

 

Günün ikinci oyununda isə çempion “Qarabağ” “Səbail”i qəbul edəcək. Ağdam klubu indiyədək çempionatda 5 dəfə qarşılaşdığı və hamısında qalib gəldiyi bu rəqibindən qol buraxmayıb.




20 oktyabr (şənbə)

17:00.“Qəbələ” – “Neftçi” 3:1

Qol: Ceyms Adeniyi, 14, 77, Stiven Monroz, 57, Kvame Karikari, 90+3

Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Cəmil Quliyev, Ziya Nəsirov
Qəbələ şəhər stadionu

 

19:00.“Qarabağ” – “Səbail” 1:0 Qol: Abdullah Zubir, 62
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Nahid Əliyev, Nail Nağıyev
“Azersun Arena"

 


Xəbər xətti