"Qarabağ"ın sabiq futbolçusu "Sabah"da

11:19 20 Oktyabr 2018

Millinin və “Qarabağ”ın sabiq üzvü Elvin Yunuszadənin yeni klubu bəlli olub.

 

Sportarena.az xəbər verir ki, müdafiəçi debütant "Sabah"la anlaşıb. 26 yaşlı futbolçu "Neftçi"dən tanıdığı Elşad Əhmədovun rəhbərliyi altında oynamağa razılıq verib.

 

Məşqçi fiziki durumunu münasib saysa, Yunuszadənin hətta növbəti turda "Zirə" ilə oyunda meydana çıxma ehtimalı da var.


Digər xəbərlər

Xəbər xətti