Güləşçilərimizin DÇ-də ilk rəqibləri müəyyənləşdi

13:21 20 Oktyabr 2018

Sabah Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə dünya çempionatı start götürəcək.

 

Sportarena.az xəbər verir ki, bu gün yarışın keçiriləcəyi "Laslo Papp" İdman Sarayında sabah 4 kateqoriyada mübarizə aparacaq sərbəst güləşçilərin püşkatma mərasimi keçirilib.  61, 74, 86 və 125 kq-da çıxış edən pəhləvanların ilk rəqibləri müəyyənləşib. Yığmamızın üzvlərindən ikisi təsnifat, ikisi isə 1/16 final mərhələsindən mübarizəyə başlayacaq. 

 

Qeyd edək ki, görüşlər hər gün Bakı vaxtı ilə 12:30-da start götürəcək.

 

61 kq
Təsnifat - Pərviz İbrahimov - Skott Şiller (CAN)

 

74 kq
1/16 final - Abubakr Abakarov - Hanok Raşamin (İSR)

 

86 kq
1/16 final - Murad Süleymanov - Quma Bəşir (SUD)

 

125 kq
Təsnifat - Cəmaləddin Məhəmmədov - Nik Matyuxin (GER)


Digər xəbərlər

Xəbər xətti