Ayaz Quliyevli "Rostov" "Lokomotiv"ə məğlub oldu

Sportarena.az      20 Oktyabr 2018, 14:01

Futbol üzrə Rusiya Premyer Liqasında 11-ci turun oyunları keçirilir.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi “Rostov” da növbəti matçına çıxıb.  Sözügedən kollektiv səfərdə Moskva “Lokomotiv”i ilə qarşılaşıb. Quliyevin komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2. Ayaz da bu görüşün iştirakçısı olub. O, matça start heyətdə başlayıb və sonadək oynayıb. Quliyev 31-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

 

“Rostov” hazırda 18 xalla 5-ci pillədə qərarlaşıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin