DÇ-2018: Bürünc medalçı bəlli oldu

14:43 20 Oktyabr 2018

Qadın voleybolçular arasında Dünya Çempionatının bürünc mükafatçısı bəlli olub.

 

Sportarena.az xəbər verir ki, Yaponiyada təşkil olunan yarışda 3-cü yer uğrunda Niderland və Çin kollektivləri üz-üzə gəliblər.Görüş ehtimal olunduğu kimi gərgin keçməyib. Son Avropa Çempionatının gümüş mükafatçısı bu oyunda rəqibə ciddi müqavimət göstərə bilməyib. 3 set davam edən qarşılaşmada Asiya təmsilçisi qələbə qazanıb. Bununla da, Çin yığması 2018-ci il Dünya Çempionatının bürünc medalına sahib çıxıb.

 

Qeyd edək ki, dünya çempionunun adı bu gün bəlli olacaq. Bir qədər sonra baş tutacaq finalda Serbiya və İtaliya üz-üzə gələcəklər.

 

DÇ, qadınlar

3-cü yer uğrunda

Niderland - Çin 0:3 (22:25, 19:25, 14:25)

 


Digər xəbərlər

Xəbər xətti